Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb. "Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilib ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə 24 avqustda start götürəcək. Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib. Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacağı qeyd olunub.
© 2020 - Created by İLK XEBER.