Çox ümidlərlə çox qapılar döydük, koronaviruslu xəstə gəlibmiş kimi açmadılar, çox ünvanlara əl uzatdıq, əlimiz havada qaldı, amma heç vaxt ümidimizi itirmədik. Deyir, bir dəfə “Sokratın ağıldankəm variantı” adlandırılan Sinoplu Diogen bir heykəlin qabağında durub sədəqə istəyirmiş. Ondan soruşurlar: - Niyə belə axmaq işlə məşğul olursan? Heykəl də sədəqə verər? Diogen deyir: - Axmaq sizsiniz. Özümü rədd cavabına alışdırıram. Məşq edirəm ki, adamlar mənə sədəqə verməyəndə ruhdan düşməyim. Həri. Artıq öyrəşmişik, həyat bizi müdrik edib. Ona görə on beş gündə minlərlə personalıq ünvandan bir cümləlik fakt ala bilməyəndə də üzülmədik, bıqmadıq, İstədiyimizi "umudumuzda, umudsuzluğumuzda aradıq". Yenə Allahın köməyi ilə “Biz imkansız aşklar üçün yaradılmışıq” deyib geri çəkilmək fikrimiz yoxdur. Daha kimsə bizi öz etinasızlığı ilə təəccübləndirə bilməz. Bu. artıq həyat tərzinə çevrilibmiş. Amma yenə də eybi yox. Əlimizin altında telekanalların dili ilə bağlı nə vaxtsa qeydə aldığımız materiallar var. Təəssüf ki, onlar hələ də köhnəlməyib. Beləliklə: “Burda bir az dobavit eləyim... Gənə, bilirsiniz, kakoy malenkiy parazit?! Bu, o deməkdi ki, .. paloçka razvivayetsya və miningit xəstəliyi tutur.. Belə bir primer gətirəcəyəm... Və burda çyotki qran olmalıdı: bu, nə gənədi? Bu gənələr belədi ki, bunların ayağları da var. Bunlar yaşıyırlar - produkt jiznedeyatelnosti var. To yest bunların taksinlər də var… Və ən pisi budur ki, əgər samoleçeniye gedirsə, yaxud da neprofessional, bu, sıxılırsa, demək, sıxanda ətrafını zədəliyirsən… Onla yolxamaq çox xasandı. Bəzilərdə qızartı bir az burun nahiyədə qızartıdır.. Onunnan kutarmaxda böyük adamda səbir tələb eliyir.. Biz uje, bilirsinizimi .. dəhşətli bir kartina yaranır. Sabahları, bilirsinizimi, bizdə qruppa riska var. Spesifik qruppa riska var, hansı ki, gənə yaratmax üçün şərtlər var orda.. Siz onu portağal kimi, apelsin deşiklər kimi görürsünüz. Bu, sırf dermatoloji xəstəlikdi, kojnı zabolevaniyadı. Vopşe kosmetologiya bunda diyanıbdı ki, bərpa yüksək olmalıdı. Həmişə belə bir prinsip olmalıdı: nə eləyirsən, elə osnavnoye nenavredit. To yest o dəriyə pisdəşmə gətirməynən.. Zaoçnı belə bir dəriyə heç nə demək olmaz. Birinci olaraq diaqnostika aparılmalıdı, ikincisi, diaqnoz qoyulmalıdı, onnan sonra müalicə getməlidir. Bunnan, to yest bu məsəmələrnən, ləkələrnən, quruluxnan və bərkiməynən - baboçka formasında - mübarizə yavaş-yavaş getməlidir.. Sizin dərinizə baxmaq lazımdı. Əgər sizin dəri, bizim Azərbaycan qadınların dəri, dərinin tabliçsası var, bu tabliçsada üç-beş arasındadı. To yest bizdə piqment var dəridə. İndi epilyaçsiya, fotoepilyaçsiya hər yerdə var. Və fotoepilaçsiya podrazdelyayetsya eliyir – razdelyayetsya na lazernuyu epilyaçsiyu i razdelyayetsya na svetavuyu epilyaçsiyu. Düzgün seçilməyəndə epilyaçsiya gənə olan üzündə, inanırsınız, üzü tamamilə belə bir formaya salır ki, biz sonra heç o dəriyə dəyə bilmirik. Dəyən kimi görürsən dəridə tamamilə pütün jidkastnoy balans naruşayetsya, pütün kletkalar sənə abratnı attok verir. İkinci şeydə getməlidir saputstvuyişşiy, to yest nədən yaranıfdı. Qarmanal pozğunçuluxdan.. Gəlirlər bizdə yağlı sibariyaynan, yaxud da quru sibariyaynan, yaxud da saç tökülməsiynən. Po priçinam da, kakoye vpadeniye... P.S. İndi oxucu bu yazını oxuyanda hansısa məmur və ya akademik TV-də Azərbaycan dilinə göstərilən qayğıdan danışır, bir başqası radioda “Mənim dilim ölən deyil, Başqa dilə dönən deyil” oxuyur, üçüncüsü çayxanada ana dili uğrunda ölməyə hazır olduğunu bildirir və iddia inandırıcı olsun deyə qənddandan bir qənd götürüb "yalan deyirəmsə, bu qənd kimi gözüm ağarsın", deyib yerə tolazlayır, digəri sosial şəbəkədə ana dilinə bir şey olsa, xarakiri etməyə hazır olduğunu yazır... Deyəsən, ən asanı və zövqlüsü elə budur... Xeyirli cümələr
© 2020 - Created by İLK XEBER.