Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb. “Report” xəbər verir ki, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
© 2020 - Created by İLK XEBER.