Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın sabah 75 yaşı tamam olur.
© 2020 - Created by İLK XEBER.