Paytaxt Bakımızda çox da uzun olmayan, lakin keşməkeşli tarixə malik məşhur bir küçə var. Inqilabdan əvvəl adına “Qolovinski”, sonralar “Nikolayevsk” küçəsi� deyərmişlər. Sovetlər zamanında bu küçə də dönüb olur “Kommunist” küçəsi. Milli müstəqilliyimiz bərpa olunduqdan sonra isə adı dəyişdirilərək “İstiqlaliyyət “ küçəsi adlandırılır. Həmin bu küçədə xeyli sayda tarixi bina və tikililər var . Onlardan biri də ötən əsrin əvvəllərində Qotik üslubda tikilmiş və paytaxt Bakının “Memarlıq tacı”� hesab edilən əzəmətli İSMAILIYYƏ binasıdır. Milyonçu Musa Nağıyev bir vaxt oğlu İsmayılın xatirəsini əbədiləşdirmək məqsədilə tikdiribmiş. 1918-ci ildə ermənliər bu möhtəşəm məbədi yandırıb dağıtsalar da, sonralar bina bərpa olunmuş öz əvvəlki görkəminə qaytarılmışdır. 1945- ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təsis edildikdən sonra “İsmailiyyə” binasında Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşdirilir. Bu həmin dövr idi ki, rusların kiril əlifbası Azərbaycanın “milli əlifbası”� kimi işlənirdi. Elə həmin dövrdə binanın fasadının lap yuxarı hissəsinə bolşeviklərin çox sevdiyi tünd qırmızı fonda qızılı hərflərlə və kiril əlifbası ilə “АЗƏРБАЙСАН ССР ЕЛМЛƏР АКАДЕМИЯСЫ» sözləri həkk olunub. Və necə həkk olunubsa, elə bu günümüzə kimi də qalmaqdadır. Milli Elmlər Akadimiyası kimi nüfuzlu bir qurumun yerləşdiyi binanın üzərindəki kiril qrafikalı yazının yeni əlifba əsasında dəyişdirilməsinin zəruriliyi barədə illərdən bəri KİV-lərdə dəfələrlə yazılarım çap olunub. Lakin vəziyyət hələ də “necə görmüşdüsə Nuh, öyləcə” olaraq qalmaqdadır. S.A.(sözardı) Bu yaxınlarda fəaliyyətə başlamış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” adlı qurumun Ana dilimizin təmizliyi və qorunub saxlanması sahəsindəki ilk addımları sözün həqiqi mənasında sevindiricidir və indiki vaxtda olduqca zəruridir. FADM-a ünvanladığım bu yazı və fotolar isə Ana dilimizin, əlifbamızın, yazı mədəniyyətimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsi işinə kiçicik bir köməkliyimdir.
© 2020 - Created by İLK XEBER.