Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkə oldu, bayrağı martın 30-da Alyansın Brüsseldəki mənzil qərargahının qarşısında qaldırılacaq. “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən yayılmış yazılı açıqlamada deyilir. “27 Mart 2020-ci ildə ABŞ müqavilənin depozitarisi olaraq Şimali Makedoniya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair sənəd alıb. Bu sənəd Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi edib. Martın 30-da Şimali Makedoniya bayrağı NATO qərargahının qarşısında qaldırılacaq” - deyə, məlumatda qeyd olunub.
© 2020 - Created by İLK XEBER.