Bir neçə saat əvvəl "AzPolitika.info"-ya müraciət edərək sosial xidmətlərdən şikayət edən Yeni Günəşli qəsəbəsi AB massivi 2, mənzil 18-də yaşayan Məmmədova Tahirə Əyyub qızı yenidən saytımızla əlaqə saxlayaraq, ərazinin deputatı Etibar Əliyevin ona baş çəkdiyini və yardım etdiyini bildirdi. "Şikayətim saytınızda dərc olunduqdan sonra deputatımız Etibar Əliyev mənimlə əlaqə saxlayaraq, yaşadığım ünvana gəldi. Özüylə zəruri ərzaq məhsullarını da gətirmişdi. Problemlərimlə maraqlandı. Sizə və problemimə həssas yanaşan deputatımız Etibar müəllimə təşəkkür edirəm", - Tahirə Məmmədova bildirdi. ... "Mənim yaşım 65-i ötüb, xüsusi karantin rejimi olduğuna görə, evdən bayıra çıxmıram. Amma sosial xidmətlərdən mənimlə əlaqə saxlayan olmayıb. Dəfələrlə müraciət etsəm də, bir nəticəsi yoxdur". Bu sözləri "AzPolitika.info" saytına müraciət edən Yeni Günəşli qəsəbəsi, AB massivi 2, mənzil 18-də yaşayan Məmmədova Tahirə Əyyub qızı bildirib.
© 2020 - Created by İLK XEBER.