Elə ki, bir ölkə xəbərin aldı. Səhər mağazalar tamam boşaldı. Xalqın baharını qarlı qış aldı. Düşəsən şaxtaya, borana virus. Oldun bəd əmələ bəhanə, virus. Həyat sənsiz belə bir qalmaqaldı. Şeytanın özünə vəsvəsə saldın. Sanki qiyamətdi, mələk sur çaldı. Yol vermə bağrımız talana, virus. Səni and verirəm atana, virus. Nöyüt qara mələk, dollar sərsəri. Endikcə dəyərin, ey nazlı pəri. Səpir yollarına göy yüzlükləri. Lənət qazandırdın zamana virus. Gəlsənə bir yola, nizama, virus. „Mənəm, qara sərvət, yerlərin şahı. Mənsiz bu dünyanın yoxdur sabahı.“ Özüməm, zamanın lap şahənşahı, Deyib, qor doldurdun canına virus. Lənətdir qazancın, şanına virus. Şər əməl şeytana, bil ki, sənətdir. Təhqir damağına daddır, ləzzətdir. Qarğışsız hər günü qəmdir, möhnətdir. Səni mükafatsız qalasan, virus. Nə lovdur salmısan cahana, virus. Elə ki, dünyanı haqsızlıq aldı. Göylərə ah-nalə, qara iz saldı. Bu nə lovdur deyib bir şivən saldın. Doyduq, zalimlərdən biz cana, virus. Qatmısan yaxşını yamana virus.
© 2020 - Created by İLK XEBER.