Dövlət qurumlarının əməkdaşları bir aylıq məzuniyyətə göndərildi

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.
Məktubda deyilir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktiki tədbirlər çərçivəsində dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər.
Sözügedən qurumların siyahısı ilə tanış ola bilərsiniz.