Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
BakuPost.az xəbər verir ki, Mübariz Mənsimov İstanbul Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində saxlanılıb.
Həmçinin Mənsimovun ofisində axtarış aparılıb.
***
APA-nın yerli bürosuna açıqlamasında M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumatı təsdiqləyərək bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.