Günün ulduz falı - 14 MART Qoroskop14 Mart

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir: Qoç - yeni variantlar arayın, imkanları dəyərləndirin. Heç nəyi mürəkkəbləşdirməyin, problemləri həll edin, çətinlikləri yoluna qoyun. Nasazlıq, münaqişə, arzuların puç olması əslində ilk baxışdan göründüyü təki qorxulu deyil. Tam əksinə, bütün bunlar indi yeganə dürüst qərarın qəbuluna rəvac verə bilər. Qəfil şanslardan istifadə edin, işi təxirə salmayın. Buğa - qəfil xəbərlər, maraqların yenilənməsi, hadisələrdə təxminlənməyən dönüşlər günüdür. Səfər və ya aviauçuşlar məsləhət deyil. Uzaqdan maraqlı, qəribə, bəlkə də, əcaib informasiya gələcək. Hələ çox məqam məlum olmasa da, artıq intriqa var. İntellektual fəaliyyətlə məşğul olmaq, çətin həllər aramaq üçün yaxşı gündür. Qəza riski olsa da, unikal tapıntılar mümkündür. Əkizlər - Yalan danışmayın, yaxın ətrafınızda olan adamların sevmədikləri mövzularda danışmayın, qeyri-konstruktiv addımlar atmayın. Sevimli işlə məşğul olun, xoşagəlməz hadisələrin təşəbbüskarı olmayın. Günün ikinci yarısında daha önəmli sürpriz ola bilər. Xərçəng - fiziki iş mənəvi və ruhi balansı bərpa edəcək. Siz bir, tərəfdaş isə başqa plan qura bilər: həyat isə sizdən çərçivəyə salaraq nə deməyi və ya etməyi tez müəyyənləşdirməyi tələb edəcək. Məsafə saxlayın, hadisələri tezləşdirməyin. Şəxsi münasibətlərdə diqqətli, təmkinli olun. Şir - təklif və təşəbbüsləriniz yetərincə dəyərləndirilməyəcək. Ağır, mürəkkəb gündür. Məşğul olduğunuz məsələlərlə bağlı qeyri-müəyyənlik, anlaşılmazlıq yarana bilər. Təhrif olunmuş informasiyaya aldanmayın. Yaxın ətrafınızdakı insanların sizi anlamamaları və ya əlavə iş tapşırmaq istəyində olmaları ilə bağlı fikirləriniz emosional "partlayış", münaqişəyə səbəb ola bilər. Qız - uzunmüddətli məsələlər sınağa çəkilə bilər. Sizi dinləməyən adama nəyisə başa salmağa çalışmayın. Əldə etdiyiniz mövqeləri qorumaq üçün neqativ təmaslardan boyun qaçırın. Səhhətinizi qoruyun, çox yeməyin. Axşam saatlarında dincəlin. Tərəzi - maraq dairənizə müdaxilə etməyə, mövqelərinizdən məhrum etməyə çalışacaqlar. Müqavimət göstərin, ağır olsa da, geri çəkilməyin. Situasiyanı sürətlə dəyərlərdirərək dəyişən şərtlərdə müsbət yönlər tapmağa çalışın. Əlaqə və ünsiyyət dairələrini genişləndirin, qarşılıqlı maraq kəsb edən əməkdaşlıq yolları arayın, cari məsələləri həll edin. Əqrəb - yeni xəbərlər gözləyin, amma həqiqət axtarışlarında izafi aktivlik göstərərək bütün suallarınıza cavab aramayın. Axına qarşı getməyin. Yaşam qarşınızda çox ciddi məsələlər qoymursa, bir qədər gözləyin. Səhhətinizi qoruyun. Axşam saatlarında dincəlin. Dəyişə bilmədiyiniz nəsnə ilə bağlı nigaran olmayın. Oxatan - aktiv, impulsiv yaşam günüdür. Tərəfdaş və ya həmkarlarla münasibəitlərdə impulsiv qərarlar ola bilər. İşgüzar münasibətlərə son qoya biləcək sözlər deməyin. Ümumi maraq və ya problemin həlli ilə bağlı birləşməyə can atın. Başqa işlərlə məşğul olmaq gərəkdir. Fəaliyyət və əməkdaşlığın yeni variantalarının gerçəkləşməsi prosesini sürətləndirin. Oğlaq - həll olunmamış maddi problemlər və hövsələsizlik işdə partlayış həddinə çatan vəziyyət yarada bilər. İndi və dərhal həll edilməsi mümkün problemi seçərək onun çözümünə başlayın. Ən çətin, mürəkkəb işlərə də enerji və təşəbbüskarlığınızın çatmasına çalışın. Emosional yüksəlişin məqsədəuyğunluğunu düşünün. Qətiyyət və imkanlar artsa da, qəza və travma riski də güclənir. Dolça - Risk üçün əlverişli vaxt deyil. Ətrafınızdakı mühitdə romantika hiss olunsa belə, sayıqlığı əldən verməyin. Problemlər yaranarsa, onları tez, dəqiq və sürətlə həll edin. Yeni işlərə başlamayın, mühüm qərarları açıqlamayın. Səhhətinizə fikir verin. Ürək-damar sistemini qoruyun. Balıqlar - yaxın ətrafınızdakı insanlar sizin davranış qaydalarına riayət etmək istəmirlər, çünki qaydaların özü real səbəblər olmadan dəyişə bilər. Mühüm situasiyalarda istiqaməti mütləq şəkildə dəyişmək gərəkdir. Çətinliklər sizi narahat etməsin: problemləri sizin əqli qabiliyyətiniz və bacarıqlarınıza çağırış kimi qəbul edin. Güc və qüvvənizi önəmli məsələlərin həllinə səfərbər etmək üçün emosional olmayın.