Ümumdünya Səhiyyə Təşkilatı: 134768 nəfər koronavirusa yoluxub, 70387 nəfər sağalıb, 4083 nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı yayıb. Martın 13-ə olan məlumata əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb. Ümumi yoluxanların sayı 134 768, yeni yoluxanların sayı 102 nəfərdir. Bildirilib ki, indiyədək xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır. Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır. (apa)