Hansı ifadə daha dərindir, - deyə düşündürür Pərviz Əmiraslan. 1. “Filosoflar üçün metafizik sistemlər qadınlar üçün romanlar kimidir” 2.”Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz” Volter Filosof ona görə filosofdur ki, o, adi insanın daxil ola bilmədiyi qatlara daxil olub, insanın özünə məlum olmayan həqiqətlərini, şüurun üst qatına gətirməsinə yardım edir. İşi ona görə çətinə düşür ki, insan, yəni filosofun dinləyiciləri, dərk edə bilmədiyi hissəni inkar edir. 1.“Filosoflar üçün metafizik sistemləri qadınlar üçün romanlar kimidir“. Qadın romandan oxuduqlarında həyatın astar üzünü gorər kimidir; filosof isə metafizika ilə həyatın astar üzünü görər kimidir, düşünürəm. Həqiqətən, filosoflar üçün metafizika deyilənin arxasındakı ümman ovuc içi kimi sadələşir. Tam dərk edilir demədim; bir həqiqət kimi var olduğunu, təsdiq edəcək dərəcədə sadələşir. Sadələşməsə, filosof anlayıb anlada bilməz. Hər qısa deyilmiş ifadə-kəlam, ümmanlar boyda anlayışın aydın başa düşülməsi sayəsində doğulur. Bəzən bənzətmələrlə, eynən Volterin birinci kəlamlndakı bənzətmə kimi. Volter birinci kəlamda metafizikanın filosoflar tərəfindən duyulan ümmanlarını; qadının nəzərində, adi romandakı romantikanın, köksündə dərk etməklə adiləşməsi ilə müqayisə edib. Qadın romantikanı ovuc içi kimi dərk edir. Lakin filosoflar metofizikanı göstərə, təbliğ edə bilmədiyi kimi, qadın da romantikanı bir həqiqət kimi göstərə və təbliğ edə bimir. Filosof üçün metofizika, qadın üçün romantika astar üzdəki həqiqətə çevrilir. 2.“Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz“ deyir Volter. Rəngarənglik həyatın yaşam qanunu, fikir müxtəlifliyi rəngarəngliyin tərkibi isə, azad fikir olmayan yerdə heç bir azadlıq ola bilməz, hətta insan ruhən qandallanır, demək. İnsan özü biri-birindəki müxtəlifliyi təbiilik kimi qəbul etmədikcə, bir-birindəki fikri dinləyə bilməyərək, rəqabətlə yanaşacaq, demək. Volterin birinci kəlamı metafizikanı ümmanlar kimi etiraf edir. İkinci kəlamda insan ruhunu təmin edəcək azadlıq barədə qeyd edir. İkinci kəlamda gizlənən həqiqətin də metafizika deyilənin səbəbinə, açılması mümkün olan gizli kökləri var. Bu səbəbdən adi gözlə görünməz. İkinci kəlam birinci qədər dərindir. Hamının izah edə biləcəyindən daha dərindəki həqiqəti ilə. Aşkarlama məqsədi daşıyaraq fikir mübadiləsi yaradan hər bir sual gözəl, layiqli və vacib sualdır.
© 2020 - Created by İLK XEBER.