Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" televiziya kanalının yayımının dayandırılmasına münasibər bildirib. MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev "Report"a açıqlamasında bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb: "Biz dünən axşam və bu gün səhər də "Lider" televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə oluğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək". * * * Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb. İlkxeber.org xəbər verir ki, telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil. Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib. Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı. Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.
© 2020 - Created by İLK XEBER.