Əli Kərimli də Prezident Administrasiyasına dəvət olundu

AXCP sədri Əli Kərimli Prezident Adminstrasiyasına dəvət olunub.  Bu barədə Əli Kərimli Osmanqızı TV-yə müsahibəsi zamanı bildirib. Dəvət Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdən gəlib. O, partiya sədrinin köməkçisinə telefon açaraq, Əli Kərimlini görüşə dəvət edib. Ə. Kərimli isə PA-da görüşə müavini Seymur Həzini göndərə biləcəyini deyib. O, eyni zamanda, hakimiyyətlə şəxsi və partiya məsələlərini deyil, bir sıra siyasi mövzuları müzakirə etmək istədiklərini bildirib.