Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri məlum olub.
APA-nın məlumatına görə, namizədlər bu gün YAP İdarə Heyətinin iclası da müəyyənləşib.
YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli , Milli Məclis Sədrinin müavini postuna namizədi isə Hicran Hüseynova olub.
***
09:30
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.
***
09:24
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilir.
APA-nın məlumatına görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.