Prezident İlham Əliyev Hicran Hüseynova ilə bağlı sərəncam imzalayıb.
BakuPost xəbər verir ki, sərəncamla Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, H.Hüseynova Prezidentin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdi.