Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov hüquqşünas-vəkil Şəhla xanım Hümbətovanı ABŞ Dövlət Departamenti tərəfindən “Cəsarətli qadınlar” beynəlxalq mükafatına layiq görüldyünə görə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli Şəhla xanım, Sizi ABŞ Dövlət Departamentinin yüksək mükafltına layiq görülməyiniz münasibətilə ürəkdən təbrk edirəm. ABŞ Dövlət Departamenti kimi mötəbər bir qurumun mükafatına layiq görülənlər sırasında sizin adınızın olması məni bir azərbaycanlı olaraq çox sevindirdi. İnsan haqları sahəsindəki fəaliyyətinizin belə yüksək qiymətləndirildiyinə görə çox şadam. Sizə gələcək fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram". Dərin hörmətlə, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov
© 2020 - Created by İLK XEBER.