Ötən həftə ərzində (24-28 fevral) dünya bazarında “Azeri Light” (CIF) markalı neft 9%-dən çox ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 5,77 ABŞ dolları və ya 9,4% azalaraq orta hesabla 55,44 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 57,59 dollar təşkil edib, ən minimal göstərici isə 51,98 dollara bərabər olub. (apa)
© 2020 - Created by İLK XEBER.