TSQ-nın 5 gün ərzində Əsəd rejiminə vurduğu zərbənin miqyası rəsmən açıqlandı: 2 qırıcı, 135 tank, 8 helikopter, 2557 silahlı məhv edildi (SİYAHI)

"Məlum olduğu kimi, 27 fevralda əsgərlərimizə qarşı iyrənc hücumdan sonra "Bahar Qalxanı" əməliyyatına başlamışıq. Əməliyyat bu günə qədər planlaşdırıldığı kimi uğurla davam edir". Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib. Akar Əsəd rejimi və dəstəkçilərinin itkilərini də açıqlayıb. "Bizə edilən hücuma TSQ tərəfindən ən şiddətli və tərəddüdsüz şəkildə cavab verilir. Bu günə qədər "Bahar Qalxanı" əməliyyatı çərçivəsində rejimin 2 döyüş təyyarəsi, 2 İHA-sı , 8 helikopteri, 135 tankı, 5 hava hücumundan müdafiə sistemi, 86 topu, 16 tankvuran sistemi, 77 zirehli maşını, 9 silah-sursat anbarı, 2557 silahlısı və hərbi hissələri zərərsizləşdirilib. BMT Konvensiyasının 51-ci maddəsindəki "Qanuni Müdafiə hüququ" ilə yanaşı, Adana, Astana və Soçi sazişləri çərçivəsində atəşkəs rejimini təmin etmək,qaçqın ordusunun qarşısını almaq,  bölgədəki humanitar faciəyə son qoymaq, qoşunlarımızın, xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təmin etmək, bölgədə sülh, əmin-amanlıq və sabitliyi təmin etmək üçün başlatdığımız əməliyyat davam etməkdədir" - Akar belə deyib.