Türkiyə 33 şəhidin qisasını aldı - Əsəd rejiminin 5 vertolyot, 23 tankı və 309 hərbçisi məhv edildi - Hulusi Akardan rəsmi açıqlama

Türkiyə müdafiə naziri Hulusi Akar 33 türk əsgərinin şəhid edilməsindən sonra Əsəd rejiminə verilən cavab zərbələrinin nəticəsinin açıqlayıb. Avropa.info xəbər verir ki, açıqlamada deyilir: “Xain hücumdan sonra təyyarə, PUA və qurudan atəşə dəstək vasitələrimizlə 200-dən çox rejim hədəfi intensiv atəşə tutulub. Atəş nəticəsində 5 vertolyot, 23 tank, 23 top və ÖAQ, bir SA-17, bir SA-22 HHM sistemi məhv edilib, 309 rejim hərbçisi zərərsizləşdirilib”.