Tanınmış şairəni hədələdilər, polisə müraciət etdi

Tanınmış şair, saytımızın əməkdaşı, “El bizim, sirr bizim” verilişinin aparıcısı Səhər Əhməd təhdid olunduğunu açıqlayıb. O, Kulis.az a bildirib ki, bununla bağlı polisə müraciət edib: “Aparıcısı olduğum verilişdə qadınları təhqir edənlərə qarşı kəskin irad tutduğuma görə neçə gündür təhdidə məruz qalıram. Adıma saxta profillər açılır. Dünən axır ki, təhdidlərin birində ipucu verilib. Şəklim paylaşılaraq altına: "Sən filankəsi verilişdə incitmisən" yazıblar. Axşam 102 xidmətinə zəng etdim, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron poçtuna şikayət məktubu ünvanladım.”