Yeni Açıq Hökumət Milli Fəaliyyət Planı nə vəd edir?

    Əliməmməd Nuriyev “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti Vətəndaş cəmiyyətinin təkliflərinin nəzərə alındığı Planının icrası dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın artması, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətinin dəstəklənməsi, informasiya açıqlığının təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir. Bu gün “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı. Azərbaycan Açıq Hökumət Platforması Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın təmin olunması, maliyyə şəffaflığı, yaxşı idarəetmə, elektron xidmətlərin inkişafı, informasiya açıqlığı, ictimai iştirakçılığın genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və xüsusilə vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılmasıyla bağlı vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin, ümumiyyətlə bütün maraqlı tərəflərin təkliflərlərinin nəzərə alınması üçün maksimum səy göstərdi. Müstəqil ekspertlər, üzv olmayan QHT-lər də Platformaya dəstək verdilər. Azərbaycan Açıq Hökumət Platforması olaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yeni Milli Fəaliyyət Planının hazırlanmasıya bağlı, bu prosesdə Açıq Hökumət Platforması və vətəndaş cəmiyyətinin iştirakçılığının təmin edilməsi, əməkdaşlıq edilməsində maksimum səy göstərdiyini vurğulayırıq. Bütün bu proses Açıq Hökumət Platforması, bütövlükdə vətəndaş cəmiyyəti, müstəqil eskpertlərlə birgə həyata keçirilib. Azərbaycan Açıq Hökumət Platformasının təşəbbüsü ilə vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Açıq Hökumət Planının hazırlanması üzrə “Yol xəritəsi” işləndi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olundu. Fəaliyyətlər bu “Yol xəritəsi”nə uyğun həyata keçirildi. Bu vaxta qədər Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, dövlət orqanları, Azərbaycan Açıq Hökumət Platforması üzvlərinin və digər vətəndaş cəmiyyəti təşkilatlarının da təmsil olundğu İşçi Qrup son toplantı daxil olmalq 8 dəfə toplantı keçirdi. Bu toplantılarda Fəaliyyət Planının əsas istiqamətləri, nəzərdə tutlan tədbilər, vətəndaş cəmiyəti və dövlət orqanlarının təklifləri müzakirə olundu. Azərbaycan Açıq Hökumət Platformasının təklifləri təqdim olundu. Bütün iclaslar, müzkairə mövzuları, yer, tarix barədə əvvəlcədən Açıq Hökumət Platformasının saytında və sosial şəbəkələrdə elan verildi. Müzakirələrin bütün maraq göstərən vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflər üçün açıq olduğu qeyd edildi. Bütün iclaslara vətəndaş cəmiyyəti təşkilatları iştirak etdilər. Cəmiyyətin, vətəndaşların Açıq hökumət islahatları barədə daha çox məlumatlanması, rəy və təkliflərin səslənməsi üçün avqust ayından başlayaraq QHT-lər Açıq Hökumət Platforması ilə əməkdaşlıqda bir neçə layihə həyata keçirdilər. İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İB tərəfindən “Açıq Hökumət Təşəbbüsləri” layihəsi çərçivəsində Açıq Hökumət Onayn TV yaradılıb. Açıq hökumət islshatları mövzusunda 4 debat və 10 canlı yayım edilib. Bu yayaınlar Açıq Hökumət Platformasinin Feysbuk səhifəsi üzərindən həyata keçirilib. Bu yayınalrı 15 mindən çox izlənilib. “Priroritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən “2020-2022-ci illər Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Litva, Estoniya, gürücstan, Niderlandın Açıq Hökumət Planları öyərnilib, yerli təcrübə üçün təkliflər hazırlanıb. Layihə çərçivəsində iki dəfə dövlət orqanları, QHT-lər və KİV nümayəndələrinin iştirakıyla dəyirmi masa keçirilib. Vətəndaş cəmiyyətinin təklifləri təqdim edilib. Bütün ölkəyə yayaımlanan dövlət televiziyasında və bir özəl TV kanalda Açıq Hökumət Milli Fəaliyyət Planı ilə bağlı verilişdə müzakirələr aparılıb. Aİ Şərq Tərəfdaşlığı prorqamının Azərbaycan Millli Platforması adından vətəndaş cəmiyyəti tərəfindən hazırlanmış “Yol xəritəsində” vətəndaş cəmiyyəti ilə bağlı təkliflərin Yeni Milli Fəaliyyət Planına daxil edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib. Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” bu platformada keçirilən müzakirələrin nəticəsi kimi meydana çıxdı. Vətəndaş cəmiyyətinin təkliflərinin əskəriyyəti qəbul olundu. Bır sıra məsələlərin Planda necə təsbit olunasıyla bağlı fərqli baxışlar varıydı. Platforma bununla bağlı öz mövqeyini hökumət və Beynəlxalq Şəffaflıq Tərəfdaşlığı Təşəbbüsünün diqqətinə çatdırıb. Fəaliyyət Planında nəzərdə tutulan tədbilərin icarsı dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətinin dəstəklənməsi, ictimai iştirirakçılıq mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində töhfə verəcəkdir. Ümid ediirk ki, vətəndaş cəmiyyəti də bu tədbilərin həyata keçirilməsində yaxından iştirak edəcək, Planın icarsını diqqətdə saxlayacaq və müvafiq dövlət qurumlarının cavabdeh saxlanılması üçün zəruri təşəbbüslər edəcəklər Fəaliyyət Planını bu linkdən yükləyə bilərsiniz. https://azertag.az/store/files/2020/fevral/27/MILLI%20FEALIYYET%20PLANI.pdf