Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə öncə Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı "Azərişıq” ASC məlumat verib.
Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.
Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb.