Hazırda Azərbaycanda koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən 186 nəfərin müalicəsi davam edir. "Report" xəbər verir ki, son rəsmi məlumata görə, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində isə 2 nəfər var. Eyni zamanda Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dən çoxdur.
© 2020 - Created by İLK XEBER.