Azərbaycandan Tiflisə gedən şəxsdə koronavirus aşkarlandı

    Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınıb. Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze keçirdiyi xüsusi brifinqdə bildirib. O qeyd edib ki, virus İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında müəyyən olunub.