Səhiyyə Nazirliyi ölkədə koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən şəxslərin sayını açıqlayıb. Nazirlikdən “Report”a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb. Hazırda 186 nəfərin müalicəsi davam edir. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dən çoxdur.
© 2020 - Created by İLK XEBER.