Rekviyem...

Xocalı… İnsanların göy altında    doğulmaqcün, yaşamaqçün      qurduqları yurd-yuvası. Xoşbəxt olub gülmək üçün,   sevmək üçün, sevilməkçün,     vaxt çatanda ölmək üçün       qurduqları yurd-yuvası.   Sinəsinə doyunca baş                  qoymadığı,   qucağından yetərincə                 doymadığı    dağı, daşı, çölü, düzü—                                       halalı…   Bu fələyin bir məkandan             yüz məkana dağıtdığı,                                inlətdiyi,   doğma ocaq həsrətiylə  ağrıtdığı,                                göynətdiyi                köksüdağlı  insanların                ürəyinin ortasına topladığı                 ürəyinin ortasına sapladığı                          dərdi, qəmi, məlalı…    Bir kiçicik qızcığazın     nağılların dünyasından       kirpiklərilə  yığdığı,         məsum gözüylə baxdığı           alt dodağı yer süpürən,           üst dodağı göy süpürən,              nəfəsindən od püskürən                 yeddibaşlı əjdahalar,                     dəyirmandaşlı divlərin                        gercəkləşmiş xəyalı… (…köksü  üstdə   kitabının                            qan naxışlı vərəqləri,    nağıl dolu kirpikləri         hürküdülmüş  bir yavrunun                 aynasına dəhşət şəkli                        həkk olunmuş bəbəkləri…)    Arzuların, ümidlərin  dünyasında fəsil-fəsil,          fəqət bu gerçək aləmdə             tək sətri də yazılmamış                  bir məhəbbət  tarixçəsi. səksənərək xəyallardan     qopub düşmüş  nəvazişlər.  donmuş soyuq cəsədləri        qar altında basdırılmış           neçə nakam sevgilinin                heç istisi soyumamış                  yumuşaq ala yorğanı,   gülləbatmaz ruhlarıyla        qucaqlaşıb  göyə uçmuş                   əbədi əhdi-peymanı,    dəlicə aşiq ruhların           güllələrlə şırımlanan                  şaxtalı  qış səmasında—                     odlu-buzlu cəhənnəmdə vüsalı.         Yaşamağa dünyadakı canlıların    hamısından daha artıq haqqı olan,       halal haqqı yandırılan,          halal haqqı dondurulan              alçaldılmış insanların                     çatlamış gorları içindən ucalan,                        illərlə cavabsız qalmaqdan qocalan                              “bizi niyə öldürdülər?” sualı.            Hələ  ölmək istəməyən            yüzlərlə nakam insanın                      hələ gəlmək istəməyən,                               güllə qabağında gələn əcəli.   Insanın öz həmcinsinə       cəkdirdiyi işgəncənin         Xirosima, Buhenvalddan, Xatından daha dəhşətli,                               yüz dəfə daha tutarlı misalı.     Xocalı…         Qocadan qoca tarixin                dünya binə olan  gündən                      bəşəriyyət qarşısında                          heç vaxt  əfv olunmayacaq                                               bağışlanmaz babalı!..      İMARƏT CƏLİLQIZI