Qisasımı alın mənim!

Öylə bir ölsəm, öylə bir ölsəm ki cocuklar, sizə heç ölüm qalmasa... Əziz Nesin

-Xocalıda doğulmuşdum, Mən o yurdda "ana" deyib, Mən o yerdə dil açmışdım. Mən o yerə qədəm basıb, Mən o yurdda yerimişdim... Yeridim, yüyürə bilmədim, Doğuldum, böyüyə bilmədim... Böyüməyə qoymadılar! Qısasımı alın mənim! -Uşaq idim, böyüməmiş buza döndüm, qaxa döndüm, Daşa döndüm... Qarlı meşə kənarında Cismim dondu, ruhum dondu! Ruhum göyə uçammadı! Əsir qaldı Buz bədəndə Qisasımı alın mənim! -Xocalıda doğulmuşdum, İlk sevgimin məkanıydı o yer mənim. İlk eşqimin məskəniydi o yurd mənim. -Mən o yerdə əldən oldum! -Mən o yerdə qoldan oldum! -Qıçımı qırdılar mənim! -Gözümü tökdülər mənim! -"Qarabağ mənimdir", - deyən Dilimi kəsdilər mənim! -Allahımın bəxş etdiyi Ömrümü kəsdilər mənim! Qisasımı alın mənim! -Nakam getdim bu dünyadan, Gözlərim arxada qaldı Ata-anamı göz önündə Öldürdülər, Bəs etmdi, Yandırdılar!.... Aman Allah, harda idin o vaxt, harda?! Niyə bizi qoydun darda?! Eşitməyim, kar olum mən... Yalvardım ki, quş et məni, Uçum, gedim bu yerlərdən, Zülümlərdən, züllətlərdən... İnsan adlı vəhşilərin dəhşətindən Qurtar məni, ey Yaradan! Nağıllarda bu istəyi edirdin sən, İstəyəni quş edirdin, İstəyəni daş edirdin! Eşitmədin məni nədən?!.. Nağıllara inanırdım, O vaxtacan! Əcinnələr, əjdahalar görməmişdim O vaxtacan Cırtdan Devi aldadırdı Ona qədər Nərbalalar Dada çatırdı Ona qədər O gün isə Zülmət gecə qurtarmadı Onun səhəri açılmadı! 25 fevral gecəsi Səpələndık dağa-daşa Biz yem olduq qurda-quşa! -"Torpaq bizimkidir",- dedim Torpağa gömdülər məni Diri-diri ! Dedilər, torpaq ye, kiri!. Cavan getdim, nakam getdim, -Əlsiz getdim! -Qolsuz getdim! -Qıçsız getdim! Bu dünyadan. -Qisasımı alın mənim!.. -Mən o yerdə qocalmışdım, Babamın yurduydu mənim, Atamın eliydi mənim .... Qədim Qarqar sahilində, Qədim obam - Daş dövrünün yadıgarı. Xoca yurdum - uca yurdum Ballıcanın sahilində Qədim insan məskənləri Orda idi, Qəbirlərim orda idi. Min illərin o üzündən Gələn qəbir, Ululardan qalan qəbir, Kurqan qəbir, türbə qəbir Orda idi... Məni qoynuna almadı, Quzğuna yem oldu mənim Donan canım, Şikəst canım, Diri ikən para-para paralanıb, Didim-didim didimlənən, Quşlara yem olan canım! Çöldə qalan, itən canım... Səslənirəm qalanlara: -Qisasımı alın mənim ! -Mən orada iməklədim, Yürümədim -Doya-doya yaşamadım -Qəbirdə yata bilmədim -Ağ kəfənə bükülmədim -Torpaq üstdə ölən canım Torpaq altda qalammadı -Hamımızı oldürdülır! -Ruhumuzu paça-parça paralayıb, didim-didim didiklədilər! -Meydimizi təpiklədilər! -Oda atdılar! -Diri-diri yandırdılar ! -Torpağa da gömmədilər! -Səma altda yalqız qaldıq! -Allah qaçıb gizlənmişdi! Şeytan əlində yesir qaldıq ! -Uşaq olub yaşamadıq! Bir gecədə qocaltdılar Ana qoynu qəbir oldu Bir gecədə qazıdılar! Süngülərə keçirdilər! Cansız bədən bayraq oldu! Xocalı balası idik... Doğulmamış gora girdik, Daha Qarabağdan gəlməyir Səsim mənim, ünüm mənim, Mahnım mənim, nəğməm mənim Şirin ləhcə dilim mənim! Qisasımı alın mənim ! -De, hardasan, anam mənim?! Atam mənim?! Nənəm mənim, Babam mənim Elim mənim, obam mənim, Yurdum mənim, Ordum mənim?! Niyə qara gəldi, görən, Doğulmamış bəxtim, mənim Günüm mənim?! Meşələrdə itib-batan "Ana", - deyib sızıldayan ruhum mənim Rahat deyil! Haraylayır el-obasın, Haraylayır Yurd-yuvasın Bir qurd kimi ulayır o, Rahat deyil! Meşələrdən səslər gəlir, Xocalıdan səslər gəlir, O, ruhların harayıdır: -Qisasımı alın mənim! -Qisasımı alın mənim!