Erməni alimdən Azərbaycan dili ilə bağlı şok - Video

Erməni əsilli ukraynalı tarixçi-tədqiqatçı Filip Ekozyants Azərbaycan dilinin qədimliyi ilə bağlı danışıb. Kult.az xəbər verir ki, tədqiqatçı bununla bağlı araşdırma apararkən Azərbaycan dilinin həqiqətən qədim tarixini göstərən bir sıra faktlarla rastlaşdığını deyib. “Mən həqiqətin tərəfindəyəm! Çoxları deyir ki, Azərbaycan dilini 20-ci əsrdə fikirləşiblər. Amma bu belə deyil. Gerasim Ezov (Əzizyan) adlı erməni müəllif var idi. O, “Birinci Pyotrun ermənilərlə qohumluğu” adlı əsər yazmışdı. Kitabda o, İran şahının Birinci Pyotra məktubunu tərcümə etmişdi. Bu məktub məni ona görə maraqlandırırdı ki, mən orada ermənilərlə bağlı qeydlər axtarırdım. Amma orda heç nə yox idi. Məktubda İranda yaşayan xristianlar barədə yazılmışdı. Bu məktubu şərh edən cənab Ezov hələ 1898-ci ildə yazır ki, nəyə görəsə bu əlyazma farsca deyil, qədim Azərbaycan dilində yazılıb. Deməli, 20-ci əsrə qədər yalnız Azərbaycan dili deyil, həm də qədim Azərbaycan dili olub. Maraqlıdır ki, bu barədə ermənilər də, Ezov kimi ermənipərəst tarixçilər də bilirdi. Ermənilər bu barədə artıq uzunçuluq etməyi dayandırmalıdır. Azərbaycan dili olub, ya olmayıb? Əlbəttə olub! Mən sadə ermənilərə səslənirəm: kənardan səfeh kimi görünməmək üçün qarşınıza çıxan yalançı erməni tarixçilərinin yazılarına inanıb boş-boş danışmayın”, - Ekozyants bildirib.