Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Virtualaz.org-un məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib: Komissiyanın sədri Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri Komissiyanın üzvləri Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi Natiq Əliyev – Xalq rəssamı Mövlud Süleymanlı – Xalq yazıçısı.
© 2020 - Created by İLK XEBER.