Seçki sistemimiz yenidən qurulmalıdır

Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:
- Azad müəllim, 9 fevralda parlamentə növbədənkənar seçkilər keçirildi, bu dövlət əhəmiyyətli bir tədbir idi. Seçkinin nəticəsi necə olmasından asılı olmayaraq ictimaiyyətdə müxtəlif fikirlər dolaşır. Sizin mülahizələrinizi bilmək istərdik? - Qeyd edim ki, Milli Məclisə V çağırışda seçilmiş deputatlar keçən ilin dekabr ayında Prezidentin respublikada apardığı islahatlara adekvat fəaliyyət göstərmədiklərinə görə özlərini buraxmışdırlar. Yəni həmin deputatların fəaliyyətləri mövcud şəraitə uyğun deyildi. 9 fevralda keçirilən seçkilərin nəticələrinə görə özünü buraxan parlament üzvülərindən təxminən 80-dən çoxu yenidən mandat əldə edəcəkdir. Bu şəxslərin yenidən mandat əldə etməkləri üçün hüququ haqları olsalar belə, verdikləri qərara görə mənəvi haqları yoxdur. Çünki onlar mövcud şəraitə uyğun gəlmirlər. Hər hansı məsələnin həllində məntiq olmalıdı. Bəli dediyiniz kimi 9 fevralda keçirilən seçki dövlət əhəmiyətli tədbirdir. Belə tədbirlətin nəticəsi dövlətin daxili və xatici imicinə bu və ya digər formada təsir edər. Seçkidən dərhal sonra sosial şəbəkələrdə seçki günü baş vermiş xoşagəlməz hadisələr ironik şəkildə cəmiyyətdə gülüş obyektinə çevrillən faktlar, roliklər dövriyyə buraxıldı. Seçkidə baş verən hər bir xoşagəlmz hadisə cəmiyyətin dövlətə inamını azaldır. Açıq demək lazımdır, cəmiyyət xalqın taleyüklü məsələsinə, dövlət əhəmiyyəti olan seçkilərə biganəlik göstərir. Bu məsələdə obyektiv və subyektiv amillər öz təsirini bilavasitə göstərməkdədir. Elə seçki sistemi yaradılmalıdır ki, qeyd etdiyim obyektiv və subyektiv amillər aradan qalxsın, həmin sistem vətəndaşın xalq və dövlət qarşısında məsuliyyətini hiss etdirməlidir. Mən bir vətəndaş kimi seçkiləri kənərdan müşahidə edən şəxs kimi tam məsuliyətimlə deyə bilərəm ki, mövcud seçki sistemi ilə demokratik parlamentin formalaşdırılmasına cəmiyyət hazır deyil.
- Möcud Seçki Məcəlləsi ilə demokratik seçki keçirilməsi mümkün deyilmi, seçki sistemində nəsə bir uyğunsuzluqmu var?
- Hesab edirəm ki, indiki halda vətəndaşlara qanunla verilmiş seçki hüquqları ilə onların siyasi intellektual dünya görüşü arasında fərq var. Ləğv olunan dairələr, sosial şəbəkələrdə yayılan faktlar bir daha təsdiq edir ki, seçki sisteminə bu və ya digər formada müdaxilə etmək mümkündür. Sözün həqiqi mənasında, demokratik seçki keçirmək istəyiriksə, seçki sistemimiz yenidən qurulmalıdır. Yəni hər şey niyyətə bağlıdı. Elə bir seçki sistemi yaradılmalıdır ki, indiki seçkidə baş verən qanunsuz hərəkətlər, ədalətsizliklər baş verməsin, seçicinin xalq və dövlər qarşısında məsuliyətini hiss etməlidir. Bunun üçün iki pilləli seçki sisteminə keçirilməlidir, yəni seçilmişlər seçməlidir. Bu barədə fikirlərimi məntiqi arqumentlərə əsaslanaraq dəfələrlə mətbuatda bildirmişəm.