Bu dünyada nağıl çoxdu, Hamısı da belə başlar: “Biri vardı, biri yoxdu...”. Nağıllarda şəhər çoxdu, istəyirəm danışam mən, qayaların ortasında qala olan bir şəhərdən... Dörd bir yanı şiş qayalar, şüşə kimi havası var... Cənnət məkan şəhərimdən - Mən xəyala çevrilən o qədim Şuşa şəhərimdən ... ayrı düşdüm , Neçə vaxtdır.... Heç bilmirəm Bu, nə baxtdır? Yuxularda şəhərimsən, Ayılanda düşmənimsən. Sevgi ilə nifrət içrə Çabalayıb çaş qalmışam, Yuxuda mən söyləyirəm, qurban olum dağa qalxan o dolama yollarına, Qurban olum bizə həsrət O yaralı qollarına, Qoşa minarə məscidinə, Şuşam mənim, arzum mənim , Qurban olum tül dumanlı dağlarına, Üstü qalın yığıncaqlı Turşsu, İsa bulağına.... De, hardasan, nə edirsən İndi orda?! Cıdır düzüm, iki gözüm, Bu həsrəti necə çözüm?! Ayrılığa necə dözüm?! Çiçəyinə, tər gülünə, xarıbülbül, titrəmərcan, qantəpərin de açırmı? De, oralarda yenə də Günəş çıxıb nur saçırmı? Yaz gəlirmi? Eşitmişəm, ruhlar gəzir, Gecələri düzlərində. "Qurban olum" kəlmələri sözlərində Arzuları, istəkıəri gözlərində Nakam qalan oğulların ... Ayılanda düşmənimsən, Qənimimsən .. Segah deyir, yallı gedir O dığalar Niyə dözür, qatlanırsan ? Şimşək olub çaxmayırsan? Vulkan olub püskürmürsən? Ermənidən doğulanlar segah deyir, Bizimkilər arı satıb, namus yeyir Sən də geri qalmayırsan Heç onlardan Bəs sən niyə dayanırsan?! Niyə göydən daş yağmayır? Niyə qayan aralanmır? Yerə soxmur murdarları Yerin yeddi qatına bəs? Havan kirli, suyun zəhər ... Düşündükcə Boğur məni Acı qəhər.... Əjdahalar, əcinnələr sakinlərin Segah deyir, yallı gedir Ermənidən doğulanlar Şöklü Məlik edəmmədi, Ermənilər bunu etdi. Ağ ətinə qovrulanlar Çox olsa da, qurtarmadı, O gözdağı, üzqarası Ha dansaq da, oldu tarix... Ha gözlədim, Heç gəlmədi Ağ atlı o qəhrəmanım Döşgüvarlar cövlan edir, Təndirdədi oğullarım... Bu dünyada nağıl çoxdu, Hamısı da belə başlar... Biri vardır, kef eləyir, Zülm eləyir, Segah deyir, Cıdır düzündə çadır qurub, Kabab yeyir, yallı gedir, Biri? Biri YOXDU...
© 2020 - Created by İLK XEBER.