Bəlkə, bu segahı Qarabağda əsir düşmüş azərbaycanlı gicgahına dirənmiş tüfəng hədəsi altında oxuyur? Bəlkə, əsir düşmüş qadınlarımızdan kimsə ermənidən doğulmuş oğluna segahı ermənicə öyrədib?
Hiddətlənməyə və “Belə bir şey dünyasında ola bilməz” deyib etiraz etməyə tələsməyin. Çünki artıq var. Erməni dilində segah dinləmək istəsəniz “YouTube” kanalında axtarış verin və bir neçə versiyanı mütləq tapacaqsınız. Öz aramızdır, heç də pis ifa deyildi. Elə bil Qarabağ toylarında məclisin ən şirin yerində bir muğam oxuyurlar. Amma təəssüf ki, erməni dilində. Əsəblərimizi cilovlayıb bu hadisəni soyuqqanlı başla araşdırmağa çalışaq. Əlbəttə, segah sırf Azərbaycan muğamıdır. Bütün Şərq muğam və ya muğamvari musiqi ifa edir və bu həm də müsəlman Şərqinin özəl xüsusiyyətidir. Ərəbin, farsın, özbəyin, qazaxın və s. millətlərin öz muğamı var. Amma bu monodik, yəni birsəsli və xətti inkişaf üsulu Qərbin tapıntısı olan çoxsəsli musiqidən çox fərqlənir. Bu sadəcə üslublar deyil, dünyagörüşünün, eləcə də dini təsəvvürlərin təcəssümüdür. Muğam müsəlman olmayan ölkələrdə yoxdur. Segahın həqiqətən sırf Azərbaycan muğamı olmasını məsələn, İran segahı ilə tutuşduranda dərhal bilinir. Bəzi mütəxəssislər iddia edir ki, segahı məhz bu cür yalnız genetik yaddaşında alt yazısı olanlar ifa edə bilər. Bu faktı səsləndirdikdə məsələnin kifayət qədər mürəkkəb olması dərhal aydın olur. Belə çıxır ki, ermənicə muğam oxuyanlar əslində heç erməni deyil. Sərhəddə öz atalarına güllə atan “erməni”lərin olması faktını qəbul etdiyimiz kimi segahın ermənicə oxunmasını da qəbul etməyimiz gərəkdir. Biz ermənilərin muğama sevgisini çoxdan bilirik. Amma onlar yalnız ifaçılıqda irəli gedə bilirdi. Kamançada, balabanda, hətta tarda da çalan ermənilər çox olub. Amma onlar həmişə muğam nəhənglərinin yanında, ustadların qoltuğunda yetişir və eşitdikləri gözəl musiqini ustalıqla təkrarlaya bilirdilər. Erməni muğam yarada bilməzdi, çünki muğam yaratmaq üçün əruzu bilmək, onun ritmini qəbul etmək, “Quran”ın avazını anlamaq və təkrarlamaq, yalnız bundan sonra öz ana dilində əruz bəhrlərini tətbiq etmək lazım idi. Biz bu yolu keçdik, erməni isə bunu bizim yanımızı kəsdirdiyi 150 ilə keçə bilməzdi. Ona görə də dünyanın erməni muğamı kimi tanıdığı musiqi yalnız instrumental muğam ifaçılığıdır ki, nə qədər gözəl qablaşdırmada təqdim edilsə də, haradan gəldiyi məlumdur. İnternetdə “erməni muğamı” yazıb axtarış verəndə yalnız instrumental muğamlar, özü də əksər hallarda düdükdə (ermənilər balabana düdük deyər, biz isə erməniyə düdük deyərik) çalınan nömrələr tapılır. Erməni bunu gözəl tərtibatda verməyi də bacarır. Bir tək Yanninin ansamblında balaban solosunu dinləmək kifayət edər. Amma həmin bu hit-paradların önündə gedən nömrədə muğamı dinlədikdə yad nəfəs dərhal duyulur. Elə bil ki, erməni azərbaycanca danışır, musiqidə də ləhcə var və ola bilər bunu yalnız biz hiss edirik. Bəzi mənbələrdə ermənilər Azərbaycan muğamını ifa edərkən insaf onları boğarsa, “Azərbaycan muğamı erməni versiyasında” deyib yenə də öz adlarını tarixə yazmağa çalışarlar. “Erməni muğamı yoxdur” deyib özümüzü pis vəziyyətə sala bilmərik. Çünki artıq yüz ilə yaxındır ki, erməni alimləri “Erməni muğamı” terminini elmi ədəbiyyata artıq sala biliblər. Sovet musiqişünasları bu faktın əmələ gəlməsi üçün çox çalışıblar. Bizim xanəndələr, muğam ifaçıları dünyanı muğamla uçundurduqları zaman ermənilər öz cılız muğamvari ifaçılıqlarının elmi araşdırmasını edib dünyaca məşhur konfranslarda çıxışlar edirlər. Azərbaycan xalçalarını ustalıqla oğurladıqları kimi Azərbaycan muğamını da oğurlaya bilərlər. Bəlkə ehtiyatlı olmağımız lazımdır, çünki İnternetdə yerləşdirilmiş hər muğam ifası erməniyə evindən çıxmadan ifaçılığa yiyələnmək, azərbaycanlı ustad xanəndələrin qoltuğundan çıxıb muğamı müstəqil mənimsəmək imkanı yaradır. Əslində, bizimçün o qədər də fərq eləməməlidir ki, ermənilər indiyədək toylarında bizim musiqini çalıb oynayır, öz dillərində oxuyurlar. Bəzən onlar sayıqlığı itirib musiqimizi orijinal dildə, bəzən böyük bir nostalji duyğusu ilə oxuyurlar. Artıq bu tip videolar da sosial şəbəkələrdə yayılmaqdadır. Münaqişədən bonus qazananlar da az deyil. Məsələn, siz ermənicə segah dinləmək istəsəniz Bizim Mizim adlı kanala daxil olub (https://www.youtube.com/watch?v=7yTbOI1lBWo) hətta erməni toylarını da izləyə bilərsiniz. Amma kanalın adına fikir verin, ermənicə “bizim-mizim” sözü yoxdur. Sadəcə, kimsə bizim əsəblərimizlə oynamağa çalışır. Bu keçidin ünvanını da ona görə verdik ki, daxil olub dislayk düyməsini basa biləsiniz. Axı 3 min etirazdan sonra “YouTube” kanalı videonu silməyə məcburdur. Əgər bu tip provokasiya, yəni erməni muğamını özününkü kimi qələmə vermək hallarını bizim muğam ifaçılarının videoları altındakı statistika ilə müqayisə etsək ermənilərin daha çox dislayk aldığı aydın görünür. Cəmiyyət etinasız deyil, sadəcə bu fikir bildirmələr hadisələrin mövcudluq faktını dəyişdirə bilməz. Erməni üçün muğam kababdan bir dişdəm alıb otluqda yayxanmaq kimi dünya ləzzətlərindən biridir. Onlar bu zaman abırsızcasına “aman-aman” da deyib zəngulə vura bilərlər. Əslində, bizim hiddətimizin sərhədləri bütün muğam oxuyan ermənilərə qədər deyil, bunu ermənicə oxuyanlara qədər olmalıdır. Yazıda verdiyimiz linkdə oxuyanın üzü yoxdur və bu tip videolar daha çoxdur. Yəni niyə oxuyan sifətini gizləsin ki? Nə vaxtdan bəri ermənilər oğurluq edəndə yaşmaqlanıblar?! Bizim bu məsələyə başqa bucaq altından baxmağımız lazımdır. Bəlkə bu segahı Qarabağda əsir düşmüş azərbaycanlı gicgahına dirənmiş tüfəng hədəsi altında oxuyur? Bəlkə əsir düşmüş qadınlarımızdan kimsə ermənidən doğulmuş oğluna segahı ermənicə öyrədib? Bu işə 25 il kifayət edərdi. Müharibə qorxusu altında kimliyini gizlədənlər bəyəm az idi? İndi Bakıda milliyyətini gizlədən ermənilər olduğu qədər Ermənistanda da kimliyini yalnız gen səviyyəsində ötürə bilənlər ola bilər. Hətta DNT analizi ermənilərdən çox da fərqlənmədiyimizi aşkar edə bilər. Bəs onda bizim münaqişə sərhədlərimiz haradan keçəcək? Şəxsən mən ermənicə segah oxuyana güllə ata bilməzdim. Axı erməni segah oxuya bilməz... Biz olmasaq erməni “Dənizdən-dənizə” ideyasını yalnız yuxusunda görə bilər. Çünki bu ərazilərdə biz varıq. Bu gün biz nəinki ərazilərimizə, muğamımıza, folklorumuza, xalçalarımıza, həmçinin “Dənizdən-dənizə” ideyasına sahib çıxmalıyıq. "MediaPost"
© 2020 - Created by İLK XEBER.