Ayaz Mütəllibov Xocalı soyqırımından danışdı... - Video

  Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində Ermənistan Baş naziri Nikol Paşinyan və Xocalı soyqırımı haqda mühüm fikirlər səsləndirib. A.Mütəllibov Nikol Paşinyanı sərt tənqid edərək, onu saxtakarlıqda ittiham edib. Eks-prezident veriliş zamanı Prezident İlham Əliyevlə Nikol Paşinyanın debatının detalları haqqında danışaraq, İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd edək ki, veriliş bu gün Speys TV-nin efirində yayımlanacaq.