“Azərbaycan hücuma keçib Qarabağı qaytaracaq" – Keçmiş baş nazirdən sensasion açıqlama

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan İrəvanın “168.am” kanalında yayınlanan “Düymə” siyasi verlişində çıxışında Azərbaycanın Ermənistan üzərindəki üstünlüklərindən danışıb. Axar.az xəbər verir ki, Baqratyan Bakının siyasi arenada əldə etdiyi uğurları və hərbi gücünü nəzərə alaraq, yaxın vaxtlarda genişmiqyaslı hücumlara başlayacağını dilə gətirib. “Azərbaycan hücuma keçib Qarabağı qaytaracaq. Bu, faktdır. Amma bizim üçün daha pis ssenari bundan sonra başlayacaq. Qarabağı qaytarandan sonra Azərbaycan Ermənistanın da bir hissəsini ələ keçirə bilər”, - deyə keçmiş baş nazir qeyd edib. O deyib ki, Azərbaycan Ordusunun zərbə gücü Ermənistan ordusundan ən azı 2-3 dəfə çoxdur.