Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:
- Azad müəllim cəmiyyətdə belə bir fikir səslənir ki, biz bir xalq kimi formalaşmamışıq. Siz necə düşünürsünüz, bu fikir nə dərəcədə realdır, elədirsə bu nəylə bağlıdır?
- Qeyd edim ki, Azarbaycan xalqı dərin, qədim kökləri özündə daşıyır, bu xalq müxtəlif millətlərə məxsus olan adət ənənələri özündə əks etdirən xüsusiyyətlərə malikdir. Hər bir xalqın böyüklüyü o xalqı təmsil edəm millətlərin, etniklərin, etnosların müxtəlilifyi ilə bağlıdır. Respublikamızda yaşayan, müxtəlif adət ənənələrə, müxtəlif dillərə məxsus insanları birləşdirəm azərbaycançılıq ideyası ətrafında sıx birləşməkdədir. Bu ideya bəşəri dəyərləri özündə əks etdirən mütərəqqi düşüncəyə cevrilməkdədir. İstər xaricdə yaşayan soydaşlarımız, istərsə də daxildə yaşayan insanlarımız bu nəzəriyyəni mənimsəməli, bunun mahiyyəti praktiki izah olunmalıdır.
Tarixən cəmiyyətlərin inkişafında ideoloji amillər xüsusi rol oynamışdır. Qeyd etmək yerinə düşər ki, ideologiya cəmiyyəti idarə etmək, məqsədə çatmaq üçün bir konsepsiyadır. Hər bir xalqın özünə məxsus seçdiyi ideologiyası o xalqın intellektual inkişafını, mənəvi dəyərləri özündə əks etdirir. İdeologiya cəmiyyət üçün bir mayak rolunu oynamalıdır, hara gedir və necə gedir. Mərhum prezident Heydər Əliyevin yerində işlətdiyi məlum ifadəsi vardı: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Təəssüflər olsun ki, bu ideyanın fəlsəfəsi, mahiyyəti, vacibliyi cəmiyyətə təqdimatı qənaətbəxş deyil. Azərbaycançılıq ideyası tək respublika daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımızı birləşdirəcək bir konsepsiyaya çevrilməlidir. Təbiidir ki, bu ideyanın qısa bir zaman kəsiyində həyata keçirmək, nəticəsinin effektiv olmasını gözləmək sadəlöhvlük olardı. İnsanların şüuründa ideyanın formalaşması üçün bir çox amillər vardır, onlardan da biri zamandır. Sizin dediyiniz kimi bir xalq kimi formalaşmaq üçün şurumuzda mürtəce düşüncədən uzaqlaşmalı, mürtərəqqi dəyərləri inkişaf etdirmək lazımdır.
- Xarişdə yaşayan soydaşlarımızda vətənpərvərlik hissi yaratmaq üçün qeyd etdiyiniz azərbaycançılıq ideologiyası nə dərəcədə əhəmiyyət kəsb edər?
- Dünyanın bir çox ölkələrində azərbaycanlılar yaşayır. Bu insanların siyasi əqidəsindən asılı olmayaraq onları birləşdirmək, vahid bir amala xidmət etmək strateji məqsədlərdən biri olmalıdır. Azərbaycançılıq ideyasını qəbul edən və bu yolda fəaliyyətini quran başqa ölkənin vətəndaşı olsa belə onu Azərbaycan Respublikasının vətəndaşı hesab etmək lazındır. Bunun üçün də hüququ baza yaradılmalıdır. Belə soydaşlar ölkəmizə bağlı olsun, dövlətimizin xarici və daxili siyasi maraqlarını müdafiə etməyə mənəvi borcunu hiss etsin, bu insanlar mənəvi vətəndaşımız olmalıdır. Həmin insanların ölkəmizə mənəvi bağlılığı yaranmasa o insanlar nəyə görə ölkəmizin təəssübkeşi olmalıdır? Sizə bir misal çəkim, xarişdə fəaliyyət göstərən erməni və ya yahudi diasporlara təmsilçilərinin ölkələrinə mənəvi bağlığı onları vadar edir ki, mənsub olduqları xalqların mənafeyini hər yerdə müdafiə etsinlər. Bu istiqamətdə onlar maddi və mənəvi imkanlarını tam səfərbər edirlər. Dünyada yaşayan azərbaycanlıların ölkəmizə, vətənimizə maddi maraqlarla deyil, ideoloji dəyərlərlə bağlılığını yaratmaq daha məqsədə uyğun olardı. Məhz bu baxımdan Azərbaycançılıq ideologiyası həm ölkə daxilində millətlərin birliyini və bərabərliyini təmin edən, həm də xaricdə yaşayan soydaşlarımızın birliyini təmin edə biləcək optimal ideoloji konsepsiyadır. Bu konsepsiya nəzəri və praktiki olaraq ictimayələşməlidir ki, qoyulmuş hədəfə nail olaq.