Azərbaycan əsilli şərqşünas alim, Orta Şərq üzrə mütəxəssis A.Azad Yusifin “Dövlətlərin Varislik Hüququ” (The Succession Right of the States) adlı kitabı Londonda ingilis dilində çap olunub. Bu kitab müəllifin region barədə geniş araşdırılan ilk əsəridir. Türkmənçay sülh müqaviləsi əsasında yazılan kitabda XIX əsrdə Çar Rusiyası ilə Qacar İmperiyası arasinda imzalanan Türkmənçay sülh müqaviləsindən sonra ərazilərin bölünməsi, sonrakı proseslərin digər region dövlətlərinə təsirindən, müqavilənin nəticələrinin xüsusən Azərbaycan türklərinə qarşı yönəlik siyasəti, yaranan problemlər, miqrasiya hallarının bölgədə artması, Ermənilərin Azərbaycan torpaqlarına kocurulməsi və bir çox mövzular geniş araşdırılmışdır. Kitab yazılarkən rus, fars, ingilis, ərəb və fransız dilli mənbələrdən istifadə edilmişdir. Eyni zamanda sözügedən kitabın əsasında "Dövlətlərin Varisliyi" adlı sənədli film çəkilmişdir. Kitab və sənədli filmi Middle East Group un dəstəyi ilə ərsəyə gəlmişdir. Fevralın 15-də Londonda təqdimatı olacaqdır.
© 2020 - Created by İLK XEBER.