İranın Bakıdakı səfirinin müşaviri Heydər Oğuzla görüşüb - FOTOLAR

İranın Bakıdakı səfirinin müşaviri cənab Seyid Əli Musəvi ilə Ovqat.com-un baş redaktoru Heydər Oğuz arasında görüş olub.

Moderator.az xəbər verir ki, görüş Ovqat.com-un müvəqqəti yerləşdiyi Ədalət partiyasının qərargahında baş tutub..
Heydər Oğuzun saytımıza bildirdiyinə görə, tərəflər İran-Azərbaycan arasındakı qarşılıqlı informasiya siyasətləri barədə fikir mübadiləsi aparıblar.
Tərəflər iki dövlət arasında səmimi ünsiyyətin yaranmasında media orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü və informasiyaların dəqiqləşdirilərək cəmiyyətə çatdırılması barədə ortaq fikrə gəliblər.
Görüş xoş dialoq çərçivəsində keçib.