Sevmək nədir, bilirsənmi? Sevmək elə bir hissdir ki, o olmasa, dünyanın tarazlığı pozular, güllər açmaz, bülbüllər ötməz, kəpənəklər o qədər gözəl görünməz. Hər səhər Günəş şövqlə, məhəbbətlə gülümsəməz. Zülmət gecələrdə Ay parıldamaz, səhər açılmaz, yarpaqlar pıçıldaşmaz, dəniz nəğmə deməz... Maqnit o cazibə ilə dəmiri özünə çəkə bilməz, Ay da, Günəş də öz yerində olmaz. Küçələr nizamla düzülməz, çaşıb yolları düz keçə bilməzsən. Hər səhər işə, axçam evə tələsməzsən. Dünya yeddi rəngdə olmaz, hər yan bomboz olar. Sevmək elə bir hissdir ki, onun müqabilində sən özünü başqasında tapırsan. Dünya onu görməyəndə sənə dar gəlir. Onun yoxluğunun kədərindən doğan ağır hiss oturur sənun ürəyində. Var gücü ilə ürəyini sıxır. Bu azmış kimi, üstəlik, bu fikir beyninə də hakim kəsilir. Sənə nəğmə söylədir, şeir yazdırır. Səni normal düşünməyə qoymur. Ancaq beynində o olur. Düşünə bilmirsən, "o yoxdur". Danışa bilmirsən, "o yoxdur". Sözlərində karıxırsan, "o yoxdir", görə bilmirsən, "o yoxdur". “O yoxdur" fikri beynini gəmiib yeyir . Hər yanda onu axtarırsan. Heç nə eşitmirsən, onun səsi gəlmir, onun səsini arayırsan, onu eşitmək isyəyirsən. Özün olmaqdan çıxırsan, özünü onda tapırsan… Sevmək nədir? Necədir o? Əsl sevgi lal olur, onun dili olmur. O, sənin ürəyində oturur, orada məskən salır. O, sehrli, tilsimlidir. Əgər o, ürəkdən qalxsa, nəfəs borusundan boğaza qədər gəlib, dilə çıxsa, daha geri qayıtmayan kəlmələrlə birlikdə ürəyi tərk edər, bir daha ora qayıtmaz. Odur ki, həqiqi sevginin dili olmur. Dili lal olur, danışmaq funksiyasın gözlər yerinə yetirir, məlul-məlul baxan gözlər. İnsanı faş edən, onu ələ verən gözlər... Sevgi nədir, bilirsənmi? Sevmək iki ürəyin eyni anda vurması, eyni anda sevinməsi, eyni anda kədərlənməsi deməkdir. Sevmək xoşbəxtlikdir, elə bir xoşbəxtlik ki, onu sənə nə villalarda yaşamaq, nə hər gün süd gölündə üzmək verə bilər. O, səni quru yurdda da, qumlu səhrada da, şah sarayında da yaxalaya, hisslərinə, düşüncələrinə hakim kəsilə bilər. Sevgi sənə qaya da çarpdıra, donuz da otarda bilır, səhralara da sala bilər. O, bir loxma çörəyi sənə bal dadında da, zəhər dadında da edə bilər. O, səni bir anda göylərə qaldıra bilər, oradan yerə çırpa da bilər... Sevgi elə bir dənizdir ki, ora düşməyəsən. Düşəndən sonra çıxmaq mümkünsüzdür. Üzməyi bilsən də, bilməsən də... Sevmək nədir? İrəli bir addım atdınsa, bir daha geri qayıtmamaqdır, bu dənizdə özünü itirməyin, başqasında tapmağındır... Sevmək ürəyini çıxarıb bir insana vermək, verdikdən sonra da bir daha geri ala bilməməkdir... Deyəsən, çox uzatdım. Qoy Nazim Hikmət desin, sevmək nədir. Daha lakonik, daha möhtəşəm: Sevmək nədir bilirmisin? Sevmek için yürek, Sürdürmek için emek gerek. Sevgi ne Boğazda, ne mum ışığında yemek yemek, ne de pahalı bir pırlanta demek. Sevgi bir lokmada iki mutlu insan demek...
© 2020 - Created by İLK XEBER.