Deputatlığa namizədlər Prezidentə müraciət etdi

  Kürdəmir rayonundan deputatlığa namizədlər 9 fevral 2020-ci il tarixində ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra mətbuat konfransı keçiriblər. Xeyli sayda media nümayəndələrinin iştirak etdiyi konfransda namizədlər Kürdəmirdə keçirilmiş seçki prosesi ilə bağlı etirazlarını bildiriblər. Seçkilər zamanı xeyli sayda saxtakarlığa yol verildiyini iddia edən namizədlər 57 saylı Kürdəmir rayon Dairə Seçki Komissiyasının qərarının ləğv edilməsini tələb ediblər. Namizədlər bildiriblər ki, Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələr ləğv olunmasa, məhkəməyə, o cümlədən bütün instansiyalara müraciət edəcəklər. Namizədlər, həmçinin yekdilliklə ölkə başçısına müraciət ünvanlayıblar. 57 saylı Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülmüş Rəşad Fərhad oğlu Qəribov bildirib ki, 9 fevral 2020-ci il tarixdə seçkilər zamanı baş vermiş xətalarla bağlı toplanmış bütün materialları - tərtib olunmuş aktları, imzalanmamış protokolları, eyni zamanda seçki günü çəkilmiş neqativ faktları əks etdirən video materialları toplayaraq 57 saylı dairənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. “Həmin müraciətdə seçki məntəqələtində baş vermiş qanun pozuntuları, yəni eyni vətəndaşların br neçə məntəqədə səs vermələri, səsvermənin sonunda məntəqə sədrlərinin bildiriş və bülletenləri ortalıqda qoyaraq məntəqəni tərk etmələri, sayılan büllüetenlərdən əlavə bülletenlər açaraq yetərsay həddinə çatdırılması ilə bağlı olan faktlar əks olunub. Seçkilərin sayım prosesi zamanı, o cümlədən gün ərzində dəfələrlə məntəqələrdə işıqlar söndürülüb. Bundan istifadə edən məntəqə sədrləri tərəfindən öncədən möhürlənərək qulaqkənarları kəsilmiş seçki bülletenləri seçki qutularına atılıb”. Namizəd Rəşad Qəribovun vəkili Anar Qəribov isə bildirib ki, 10 saylı seçkı məntəqəsində olan ATƏT-in nümayəndələri ilə görüşməyinə mane olublar: “Mənim ingilis dili biliyimin mükəmməl səviyyədə olduğunu bildiklərinə görə məni həbs etdirib qapalı şəraitdə saxladılar. Vəkil Zau İbadov gəldikdən sonra məni buraxdılar”. https://www.youtube.com/watch?time_continue=6&v=0CuGnQIqi78&feature=emb_logo&fbclid=IwAR1JEFbBjzjttkAyB4G3nA0DbVvN1WvtF6ji2Qq2Fa3aloNzFsry9o6o6fs