PSJ mövsümdə 20-ci dəfə qalib gəlib

Fransa Liqa1-də XXIV tur başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son günündə 3 oyun baş tutub. “Monpelye” – “Sent-Etyenn” matçının taleyini meydan sahiblərinin vurduğu bir qol həll edib. “Strasburq” turnir cədvəlindəki qonşusu “Reyms”i üç cavabsız qolla məğlubiyyətə uğradıb.
Tura Parisdə yekun vurulub. PSJ öz meydanında “Lion”u qəbul edib. Məhsuldar keçən qarşılaşmada paytaxt təmsilçisi qalib gəlib. Qeyd edək ki, növbəti turun oyunları fevralın 15-16-da keçiriləcək. Fransa Liqa1 XXIV tur 9 fevral “Monpelye” – “Sent-Etyenn” – 1:0 Delort, 25 “Strasburq” – “Reyms” – 3:0 Djiku, 50, Varis, 82, Lala, 90 (pen.) PSJ – “Lion” – 4:2 Di Mariya, 22, Mbappe, 38, Markal, 47 (avtoqol), Kavani, 79 – Teryer, 52, Dembele, 59
1. PSJ 24 20 1 3 63:17 61
2. Marsel 24 14 7 3 33:21 49
3. Renn 24 12 5 7 29:22 41
4. Lill 24 12 4 8 29:25 40
5. Monpelye 24 10 7 7 32:27 37
6. Strasburq 24 11 3 10 31:28 36
7. Monako 24 10 5 9 40:40 35
8. Bordo 24 9 7 8 33:26 34
9. Lion 24 9 6 9 37:25 33
10. Reyms 24 8 9 6 22:19 33
11. Nitsa 24 9 6 9 34:34 33
12. Nant 24 10 3 11 25:27 33
13. Brest 24 7 9 8 29:31 30
14. Anje 24 8 6 10 24:32 30
15. S.Etyenn 24 8 4 12 25:38 28
16. Mets 24 6 9 9 24:32 27
17. Dijon 24 6 7 11 22:29 25
18. Nim 24 6 6 12 24:37 24
19. Amyen 24 4 8 12 25:43 20
20. Tuluza 24 3 4 17 21:49 13