Beynəlxalq Qalereyada sərgi-tədbir keçirilib - FOTO

28 May - Müstəqillik Günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beynəlxalq Qalereyada sərgi-tədbir keçirilib. Layihə rəhbəri Aygün Əzizovanın iştirak etdiyi sərgidə bir qrup qazi  övladı daxil olmaqla otuz nəfər rəssam iştirak edib.  Tədbirdə eyni zamanda Azərbaycan Dövlət Pedeqoji Universitetinin müəllimi, rəssam Səmayə Rzayeva, tanınmış rəssam Firdovsi Hacıyev də iştirak ediblər.
Beynəlxalq Qalereyanın  direktoru Elnurə İsgəndərova Müstəqillik Günü və Uşaqlar Günü münasibətilə iştirakçıları təbrik edərək tədbir barədə geniş məlumat verib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında 44 günlük müharibə və  antiterror əməliyyatı zamanı cənab prezidentin Ali baş komandanlığı altında və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad olmasından danışıb. Gənclərimizə müqəddəs azərbaycan torpaqları uğrunda aparılan mübarizədən söz açıb və iştirakçılara cansağlığı, peşələrində uğurlar arzulayıb.
Sonda iştirakçılara diplomlar təltif edilib, həmçinin Beynəlxalq Qalereyanın fəaliyyətinin işıqlandırılmasında dəstək olan gənc bloggerlərə xüsusi mükafatlar təqdim
olunub.


Aygün Oqtay
Fotolar Camalındır