Beynəlxalq Qalereyada Aygün Əzizovanın layihə rəhbəri olduğu Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş Master-klass təşkil olunub. Master-klasda müxtəlif yaş qrupundan olan rəssamlar iştirak ediblər.
Master-klası giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova rəssamları salamlayıb günün əhəmiyyəti haqqında məlumat verib uğurlar arzulayıb . Rəssam, terapevt həkim Səadət Cəfərova master-klasların, xüsusilə bütün yaş qruplarında olan rəssamlara psixoloji cəhətdən kömək etdiyini bildirib. Rəssam,vokalist Aynur Yunusovanın möhtəşəm ifası iştirakçıların alqışları ilə qarşılanıb. Rəssamlar abidə fiqurları üzərində rəngkarlıq texnikasını tətbiq etdilər. Sonda iştirakçılara diplomlar təqdim olunub, xatirə fotoları çəkilib .
Müxbir: Aygün Oqtay
Fotolar Ayazındır
© 2020 - Created by İLK XEBER.