Əlillərin sosial müdafiəsinə dövlət dəstəyini necə təşkil etməi?

Hər bir ölkədə əlilliyin müyyən edilməsi, əlillərin hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyası, məşğulluğ məsələləri cəmiyyətin üzləşdiyi aktual problem olduğundan yürüdülən sosial siyasətin prioritetini təşkil edir. Əgər əlillərin problemlərinə, onların hüquqlaırnın müdafiəsinə, əlilliyin  düzgün müəyyən edilib, onlara dövlət tərəfindən lazımi dəstək göstərilməzsə, o zaman cəmiyyətdə sosial sahədə yürüdülən  siyasət lazımi effekti verməycək və nəticədə ölkədə ciddi problmelərə yol açacaq. Bu baxımdan Azərbaycanda da əlillərə dövlət dəstəyi və onların üzləşdikləri problemlərin həlli yürüdülən sosial siyasətin ana xəttini təşkil etməli və bu müəyyən edilmis  genişmiqyaslı siyasət ardıcıl  olaraq  həyata keçirilməlidir.

Azərbaycanda əllik problemləri, əlillyin müəyən edilməsi siyasəti və həlli yolları ilə bağlı “Demokratiyanı öyrənm”  İctimai Birliyinin Azərbaycanda əlilliyin, bu sahədə yeni hüquqi mexanizmlərin tətbiqi,  yürüdülən siaysətlə bağlı hazırladığı hesabatda da bu məsələ  dolğun şəkildə öz əksini tapıb.

Təşkilatın hazırladığı  hesabatda son 20-25 ildə Azərbaycanda əlilliyi olan şəxslərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən siyasət və  görülən işlər barədə geniş məlumat verilib.  Bildirilir ki, əlilliyin müəyyən edilməsi sahəsində və prolbemin həlli üçün ilk növbədə  müasir dövrün. o cümlədən beynəlxalq standartların  tələblərinə cavab  verən qanunvericilik bazası yaradılıb.

Bu istər əlilliyin müəyyən edilməsi, istər onların cəmiyyətə inteqrasiyası, istər  onların məşğulluq məsələlərinə cəlb olunması istiqamətində hüquqi baza yaradılıb və bu hüquq baza  dövrə uyğun olaraq davamlı olaraq  təkmillərşidirilir. Çünki əlillərin əmək hüquqlarının qorunması, bu təbəqədən olan insanların məşğulluğunun və işlə təminatının təşkili, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi həmişə aktual  olduğundan  əlillərin əmək hüquqlarının qorunması həm milli qanunvericilik, həm də beynəlxalq qanunvericilikdə xüsusilə əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanda əlillik məsələləri ilə bağlı beynəlxalq standartlar tətəbiq edilib və əlillik dərəcələri buna uyğun  müəyyən edilməkdədir.  Ümumiyyətlə, bu sahədə qəbul edilmiş qanunlar əlillərə əmək münasibətlərinin həyata keçirilməsində, digər şəxslərlə münasibətlərdə bir sıra üstünlüklər və imtiyazlar verir.  Bunun üçün də  digər şəxslərlə münasibətdə əlillərin əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyində bir sıra fərqli qaydalar nəzərdə tutulub.  Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Bu qanuna əsasən işəgötürənlərə əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina edilməsi, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağan edilir. Bu qadağalar yalnız Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə görə əlillərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir.

Adı çəkilən sənəddə əlilliyin kateqoriyaları və bu kateqoiyaya  uyğun olaraq əlillərin aylıq müavinətləri dolğun formada qeyd olunub.

“Orqanizmin funksiyalarının pozulmasına görə aylıq müavinətin məbləğləri aşağıdakı kimidir:

1) 81-100 faiz pozulmaya görə 270 manat;

2) 61-80 faiz pozulmaya görə 220 manat;

3) 31-60 faiz pozulmaya görə 150 manat.

Bundan əlavə bəzi kateqoriya şəxslər üçün birdəfəlik müavinətlər ödənilir. Məsələn, radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyi və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunun təsdiq olunduğu halda hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Hazırda bu müavinətin məbləği 300 manat təşkil edir",- hesabatda bildirilir.

Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət vaxtı, məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün qaydalar nəzərdə tutulub. Belə ki, I və II qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsini bu norması I və II qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının son həddini müəyyən etməklə, bu kateqoruyadan olan işçilərlə əmək müqaviləsi bağlanarkən, habelə kollektiv müqavilələrdə, hətta həftə ərzində 36 saatdan da az iş vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.

Hesabatda eyni zamanda qanunvericiliyin tələblərinə uyğun  olaraq əlillər həm də natamam iş vaxtı hüququndan istifadə edə bilərlər. Qanunvericiliyin tələbinə görə, əlillərin bu hüququnun təmin edilməsini işəgötürənlərin üzərinə bir vəzifə kimi qoyur. Natamam iş vaxtı həftə ərzində müəyyən edilmiş gündəlik iş vaxtının müəyyən saat azaldılmasını, gündəlik iş saatı saxlanılmaqla həftəlik iş günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən əlillərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması qanunla qadağan edilir.

Digər mühüm məqam isə ondan ibarətdir ki, əmək qanunvericiliyinə əsasən, əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir.

Əlillərin istirahət və məzuniyyət  hüququ da  sağlam insanlardan fərqlidir və burada da müəyyən güzəştlər mövcuddur.  Qanunvericiliyə əsasən əlillik qruplarından və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Belə ki, Əmək Məcəlləsində əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42 təqvim günü müəyyən edilib.

Hesabatdan da göründüyü kimi , sosial müavinətlərdən əlavə, əlilliyi olan şəxslərə müxtəlif növ təqaüdlər də müəyyənləşib və  bu kateqoriyaya daxil olan insanlar təaqüd alırlar.

“Həmin təqaüdlərə aşağıdakılar daxildir:

-Ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manat, 61-80 faiz pozulmasına görə 400manat,- 31-60 faiz pozulmasına görə 330 manat;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdənəlilliyi müəyyən edilmiş şəxslərə 300 manat.

Əlilliyi olan şəxslərə təqaüdlərin təyini və məbləğinin müəyyən olunması ölkə prezidentinin imzaladığı fərmanlara əsasən həyata keçirilir.

Rəsmi statistikaya 2023-cü ilin əvvəlinə ölkədə əlilliyə görə pensiya alanların sayı 273,1 min nəfər, əlilliyə görə müavinət alanların sayı 215,6 min nəfər olub. 2018-2023-cü illərdə pensiya və müavinət alanların dinamikası aşağadakı şəkildə dəyişib:Bundan əlavə, 74,8 min nəfər müxtəlif təyinatlı təqaüd alıb, o cümlədən 20,3 min nəfər müharibə ilə əlaqədar əlilliyə, 43 min nəfər ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına, 11,5 min nəfər isə ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyin müəyyən edilməsinə görə təqaüd ödənilib”, - hesabatda bildirilir.

Bu  bir daha hesabatın daha obyektiv və reallığa uyğun şəkildə hazırlandığını  sübut edir.

Sənəd də eyni zamanda əlillər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək, əmək məzuniyyətindən arzusu ilə onlar üçün əlverişli olan vaxtda istifadə etmək hüquqlarına malik olduğunu əksini tapıb.

Azərbaycanın əlillərin əmək hüquqları eyni zamanda 2008-ci ildə qoşulduğu “Əlillərin hüquqları haqqında” Konvensiyaya ilə də müdafiə olunur. Həmin Konvensiyaya görə, iştirakçı dövlətlər əlillərin əmək hüququnu tanıyırlar. Həmçinin bu sənəd əlillərə münasibətdə ayrı-seçkiliyi qadağan edir. Beynəlxalq qanunvericilikdə bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma, əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin təmin edilməsi, əlillərin dövlət sektorunda işə qəbul edilməsi kimi hüquqları xüsusi yer tutur.

Əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması və təmin edilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil etməli və bu kateqoriyadan olan işçilərin reabilitasiya işinin vəziyyəti, onlara qayğı və diqqət göstərilməsi dövlət əhəmiyyətli məsələ hesab edilməlidir.

Bu cür  hazırlanan hesabatlar ölkədə əlliliklə bağlı mövcud vəziyyət və üzləşilən problemlərin həllində hökumətə  bu sahədəki məsələlərin daha  effektiv  həllinə öz töhfəsini verər.

M.Bünyadlı