Ertuğruloğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Nazir paylaşımında soyqırımı qurbanlarının xatirəsini yad edib: “Ermənilərin 32 il öncə törətdikləri soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızın kədərini dərindən bölüşürük”.