Ələddin Fərzəliyev akademik Arif Paşayevi təbrik etdi

Ələddin Fərzəliyev akademik Arif Paşayevi təbrik edib:

“Bu gün Azərbaycanın görkəmli ziyalısı və alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür!

Mənalı ömrünün böyük hissəsini Azərbaycanın elm və təhsilinin inkişafına həsr edən Arif Paşayev, eyni zamanda ictimai fəaliyyəti və aktiv vətəndaş mövqeyi ilə seçilən, cəmiyyətimizə nümunə olan şəxsiyyətlərdəndir.

Hörmətli Arif müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və işlərində uğurlar arzu edirəm.

Hörmətlə,  

Ələddin Fərzəliyev”