Beynəlxalq Qalereyada "Rəssam və Təbiət" adlı sərgi keçirilib

Yanvarın 28-də Beynəlxalq Qalereyada Azərbaycan Rəssamlar İttifaqının üzvü, ADPU-nun  baş müəllimi, "Tərəqqi" medallı rəssam Səmayə Rzayeva,  Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri  Sənət Qalereyasının rəngkarlıq-qrafika dərnəyinin rəhbəri və müəllimi, rəssam  Elanura Mənsimova,  musiqişünas-pedaqoq, Milli Konservatoriyanın nəzdində  Musiqi Kollecinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rəna Paşayeva,  ABC School  və English for Kids tədris mərkəzlərinin müəllimi, rəssam Arzu Məmişova,  Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdi, rəssam Mədinə Həbib, Sabunçu rayon 28 nömrəli məktəbin 7 sinif şagirdi, rəssam Ağayeva Şəfa və Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının 2-ci sinif şagirdi rəssam Ağalarova Fatimənin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Rəssam v' Təbiət" adlı  fərdi yaradıcılıq sərgiləri keçirildi. Qeyd edək ki, tədbirin təşkilatçısı və layihə rəhbəri Aygün Əzizova idi.
Sərgidə  rəssamlığın müxtəlif texnikalarında və janrlarında işlənmiş ecazkar  rəsm əsərləri sərgilənirdi. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Silahlı Qüvvələrimizin əməkdaşlarına, qazilərimizə can sağlığı arzulayıb , torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sərginin müxtəlif yaş qruplarında olan rəssamların gözəl bir təşəbbüs ətrafında birləşib həyata keçirdiklərini bildirdi. Fərdi yaradıcılıq sərgisi olan rəssamlara uğurlar arzuladı. O sonra çıxış üçün səbəbkar rəssamlara söz verdi.  Rəssamlar da öz növbələrində sərgiyə həvəslə hazırlaşdıqlarını və xüsusilə sərgini operativ şəkildə hazırladığına görə layihə rəhbəri və təşkilatçı Aygün Əzizovaya təşəkkürlərini bildirdilər. Sərgi  tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Sonda rəssam tortu kəsildi  və xatirə fotoları çəkildi.

Aygün Oqtay
Fotolar Camalındır