Şəhid Fəyaz Masiyevin anım günü ilə bağlı tədbir keçirilib

Yardımlı rayonun Gavran kəndində şəhid Fəyaz Masiyevin anım günü ilə bağlı geniş tədbir keçirilib. Tədbir şəhidin adını daşıdığı məktəbdə təşkil olunub.
Kəndin ziyalısı, ağsaqqal Əhməd Əliyev tədbirdə çıxış edərək şəhid Fəyaz Masiyevin keçdiyi həyat və döyüs yolu haqqında ətraflı məlumat  verib.
F.Masiyevin oxuduğu məktəbin kollektivi, Yardımlı RİH-nin Şiləvəngə ƏİD -nin nümayəndəsi Hüseynağa Abışov, Gavran kənd bələdiyyəsinin sədri Seyran Mustafayev, kənd ağsaqqalları, şəhidin ailəsi üzvləri,   müharibə iştirakçılari və valideynlər onun haqqında xatirələrini   bölüşərək keçdiyi döyüş yolu, qəhrəmanlıği barədə öz təəssüratlarını bildiriblər.
Məktəbin ibtidai sinif müəllimi Əlibəndə Masiyevin təşkilatçılıgı ilə şagirdlərin vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Şagirdlərin ifasında səsləndirilən şeirlər iştirakçıların marağına səbəb olub.
Şəhidin ibtidai sinif müəllimi Rəhilə müəllimə və idman müəllimi Tahir müəllim də onunla bağlı xoş xatirələrini şagirdlərlə bölüşüblər.
Sonra məktəb direktoru Z.Abasov tədbir iştirakçıları qarşısında çıxış edərək müasir Zəfər tariximizlə bağlı öz fikirlərini səsləndirib.
Tədbir iştirakçıları tərəfindən şəhidin məzarı ziyarət edilib və ruhuna dualar oxunub.