Zirəddin Rzayev pərəstişkarlarını yenidən təəccübləndirdi - VİDEO

Məşhur ekstrasens, kliniki  psixoloq Zirəddin Rzayevlə saz ifaçısı  Sərkər Şəmkirli yenə də insanları təəccübləndirdi. Moskvada Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu (AMİF) ilə Yenises.ru portalının birgə layihəsi olan “Vətən” şeir müsabiqəsində dörd münsiflərdən biri olan kliniki psixoloq Zirəddin Rzayev yazdığı qəzəllər və ədəbi yaradıcılığı ilə musabiqənin yekununda şair və qəzəlxan kimi qonaqlara təqdim olundu. Onun yazdığı qəzəllərdən birini isə jurnalust Tünzalə Vəliqızı məclis əhlinə qiraət etdi. Bu gün sosial mediada  Sərkər Şəmkirlinin saz ifası ilə Zirəddin Rzayevin   Şəmkir şəhərinə həsr etdiyi qəzəli səsləndirməsi marağa səbəb olmuşdur. Ələxsüs də Şəmkur camaatı üçün. Onu da xatırladaq ki, Zirəddin Rzayev Şəmkir şəhərində anadan olmuşdur. Qəzəlindən bəlli olur ki, Moskvada yaşasa da, urəyi Şəmkir dağlarının zirvəsindədir.